“Ovyedo” “Beşiktaş”ın futbolçusunu heyətinə qatmağa iddialıdır

İdman

Bakı.Trend:

İspaniya La Liqasına geri qayıdan “Ovyedo” “Beşiktaş”ın
futbolçusu Milot Raşiçanı heyətinə qatmağa iddialıdır.

Trend türk
KİV-lərinə istinadən xəbər verir ki, ispanlar kosovolu üçün
“Beşiktaş”la danışıqlara başlayıb.

“Ovyedo” 29 yaşlı vingeri ən yaxşı halda icarəyə götürməyə
çalışacaq. Raşiçanın “Beşiktaş”la müqavilə müddəti 2027-ci il
iyunun 30-na qədərdir.




“Qara qartallar” Milot üçün 7 milyon avro tələb edir.

O, karyerası ərzində”Vuştria”, “Kurda”(hər ikisi Kosovo),
“Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə),
“Qalatasaray” klublarında oynayıb.