
Bakı. Trend:
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti
transferini gerçəkləşdirib.
Klubdan Trend-ə
verilən məlumata görə, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru
ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə
imzalanıb.
Futbolçu son olaraq Nigeriya Premyer Liqasında “Kanemi Uorriors”
komandasının formasını geyinib. Salihu, həmçinin Nigeriya U-20
millisində də 4 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo
Quimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim
Sanqareni heyətinə qatıb.