Ronaldo sevgilisinə evlilik təklif etdi – FOTO

İdman

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Corcina instaqram hesabında paylaşım edib.

“Bəli, “hə” dedim. İndi və əbədi həyatımda”, – deyə o üzüyünü paylaşdığı fotoda qeyd edib.

Xatırladaq ki, Ronaldo Corcina ilə 8 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.(qafqazinfo)