“Bavariya” Kinqsli Komanı “Ən-Nəsr” klubuna satmağa razılaşıb

İdman

Bakı. Trend:

Almaniyanın “Bavariya” futbol klubu fransalı vinger Kinqsli
Komanı Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna satmağa
razılaşıb.

Trend xəbər verir ki, bu
barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.




Bildirilir ki, futbolçu özü artıq transferə razılıq verib.

Məlumata görə, transfer məbləği 30 milyon avro civarında olacaq.
Fransız futbolçu bu həftə tibbi müayinədən keçəcək və 3 illik
müqavilə imzalayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir