Qaret Beyl Uels klubunu almaq istəyir

İdman

Bakı. Trend:

Uels millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq
futbolçusu Qaret Beyl klub sahibi ola bilər.

Trend xəbər
verir ki, keçmiş hücumçu ölkəsinin “Kardiff Siti” klubunu almaqda
maraqlıdır.

“Bu, mənim məqsədlərimdən biridir. Həqiqətən buna nail olmaq
istəyirəm. Mən Uelsdənəm və “Kardiff” azarkeşlərinin doğma
klublarını necə sevdiyini bilirəm. Komandanın arzusu Premyer Liqaya
vəsiqə qazanmaqdır. Əlbəttə, bu, çox çətin işdir, amma mən mütləq
cəhd etmək istərdim”, – deyə Beyl bildirib.




36 yaşlı veteran oyunçu daha əvvəl klubun indiki sahibinə 40
milyon funt-sterlinq təklif etsə də, qarşı tərəf bununla
razılaşmayıb.

Qeyd edək ki, paytaxt təmsilçisi hazırda İngiltərənin I
Liqasında mübarizə aparır.