
Bakı. Trend:
İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında
Azərbaycanı təmsil edən güləş hakimləri Dünya Güləş Birliyi
tərəfindən keçirilən imtahanlardan uğurla keçiblər.
Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, Kənan Hacıəliyev və
Sevinc Yusibova beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə
yüksəliblər.
Bununla da II dərəcəli güləş hakimlərimizin sayı səkkizə
çatıb.

