“Qarabağ” – “Şkendiya” oyunu üçün satılmış biletlərin sayı açıqlandı

İdman

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında
keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən Trend-ə verilən məlumata görə, artıq qarşılaşma üçün
25 min bilet satılıb.




Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın
biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100
manat təşkil edir.

Qeyd edək ki, bu gün oynanılacaq “Qarabağ” – “Şkendiya” görüşü
saat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi 1:0
hesabı ilə qalib gəlib.