
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb – 5:1
***
20:49
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün fasiləsinə Ağdam təmsilçisi 4:1 hesablı üstünlüklə yollanıb.
Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.
Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab oyunu başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.
Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.
Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.