
Bakı. Trend:
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat
mərhələsində növbəti oyununa çıxıb.
Trend-in
məlumatına görə, Ağdam təmsilçisi Şimali Makedoniyanın “Şkendiya”
klubu ilə cavab matçını Tofiq Bəhramov adına Respublika Stadionunda
keçirib.
Səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə erkən qol
buraxsa da, üstün oyun nümayiş etdirərək rəqibini darmadağın edib.
Azərbaycan çempionu görüşü 5:1 hesabı ilə başa vuraraq turnirin
pley-off mərhələsinə adlayıb.
XXX
21:18
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda
“Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab
oyununda altıncı qol vurulub.
Trend xəbər verir
ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən
görüşün 59-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro
Andrade fərqlənib. “Köhlən atlar” hesabı 5:1 edib.
Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.
Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
XXX
21:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda
“Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab
oyununda ikinci hissə başlayıb.
Trend xəbər verir
ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən
görüşün ilk hissəsindən sonra Ağdam təmsilçisi 4:1 hesabı ilə qalib
gəlir. Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə
edir.
Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
XXX
20^18
“Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda üçüncü qol
vurulub.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika
stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb
– 2:1.
Kadi Borges 18-ci dəqiqədə “Qarabağ” ı hesabda irəli
çıxarıb.
20:18
xxx
“Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ikinci qol
vurulub.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika
stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı
bərabərləşdirib – 1:1.
20:15
xxx
“Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ilk qol
vurulub.
Matçda qonaqlar hesbaı açıblar.
10-cu dəqiqədə Fabris Tamba fərqlənib.
20:10
xxx
“Qarabağ” UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin
cavab oyunu çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə
oyunu start götürüb.
Trend xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına
Respublika stadionunda keçirilir.
Xəbər yenilənəcək