“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşib

İdman

Bakı. Trend:

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində
“Ferentsvaroş” (Macarıstan) komandası ilə qarşılaşacaq.

Trend-in
məlumatına görə, III təsnifat mərhələsində “Ferentsvaroş”
Bolqarıstanın “Ludoqorets” komandasını (0:0, 3:0) mübarizədən
kənarlaşdırıb və Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin
rəqibi olub.




Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali
Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən 6:1
hesabı ilə qalib gəlib və növbəti raunda adlayıb.