UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib

İdman

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab
qarşılaşmaları baş tutub.

Trend-in
məlumatına görə, 10 oyunun nəticəsinə əsasən pley-off mərhələsinə
yüksələcək komandalar müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyanın “Şkendiya”
klubunu mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası
pley-offda potensial rəqibi olan “Ferentsvaroş”un Bolqarıstanın
“Ludoqorets” klubunu üstələməsi ilə qarşılaşacaq.




Bundan əlavə, Türkiyənin “Fənərbaxça” klubu öz meydanında
“Feyenoord”u məğlub edərək pley-offa yüksəlib. Qazaxıstan çempionu
“Kayrat” isə Slovakiyada qələbə qazanaraq növbəti mərhələyə vəsiqə
əldə edib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
12 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) –
5:1 (1:0)
21:00. “Kopenhagen” (Danimarka) – “Malmö” (İsveç) – 5:0 (0:0)
21:00. “Fənərbaxça” (Türkiyə) – “Feyenoord” (Niderland) – 5:2
(1:2)
21:00. “Pafos” (Kipr) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:0 (1:0)
21:00. “Plzen” (Çexiya) – “Reyncers” (Şotlandiya) – 2:1 (0:3)
21:30. “Brügge” (Belçika) – “Zalstburq” (Avstriya) – 3:2 (1:0)
22:15. “Ferentsvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan) –
3:0 (0:0)
22:15. “Slovan” (Slovakiya) – “Kayrat” (Qazaxıstan) – 1:0, ə.v.
0:0, p. 3:4 (0:1)
23:00. “Benfika” (Portuqaliya) – “Nitsa” (Fransa) – 2:0 (2:0)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Lex” (Polşa) – 1:1 (3:1)