“Liverpul” Covanni Leoni ilə prinsipial razılığa gəldi

İdman

Bakı. Trend:

İngiltərənin “Liverpul” klubu “Parma”nın gənc müdafiəçisi
Covanni Leoni ilə 2031-ci ilə qədər müqavilə bağlamaq barədə
prinsipial razılıq əldə edib.

Trend-in insayder
Nikolo Skiraya istinadən verdiyi məlumata görə, “qırmızılar” 18
yaşlı futbolçu üçün italiyan klubuna 35 milyon avro təklif etməyi
planlaşdırır.




Müqavilənin şərtlərinə əsasən, Leoni bir mövsüm icarə əsasında
“Parma”da qala bilər.

Qeyd edək ki, A Seriyasının ötən mövsümündə Covanni Leoni 17
oyun keçirib.