
Bakı. Trend:
Bu gün UEFA Superkubokunun final matçı baş tutacaq. Futbol
azarkeşlərinin maraqla gözlədiyi oyunda UEFA Çempionlar Liqasının
qalibi PSJ, UEFA Avropa Liqasının qalibi “Tottenhem”lə üz-üzə
gələcək.
Trend-in
məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da,
İtaliyanın Udine şəhərindəki “Dacia Arena” stadionunda
başlayacaq.
Qeyd edək ki, PSJ son oyununda klublararası dünya çempionatının
finalında “Çelsi”yə 0:3 hesabı ilə uduzub. “Tottenhem” isə yoxlama
görüşündə “Bavariya”ya 1:4 hesabı ilə məğlub olub.