
Bakı. Trend:
Bu mövsüm UEFA Çempionlar Liqasında (ÇL) ən çox qol vuran
komandalarının siyahısı açıqlanıb.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, turnirə II təsnifat mərhələsindən
başlayan “Qarabağ” ilk “üçlük”də qərarlaşıb.
Qurban Qurbanovun komandası bu mövsüm ÇL-də keçirdiyi 4 oyunda
vurduğu 10 qolla Polşanın “Lex” və Serbiyanın “Srvena Zvezda”
klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür. Siyahıya 6
qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapan İsveçin “Malmö”
komandası başçılıq edir.
Reytinqdə ilk “beşliy”i Azərbaycan çempionunun pley-off
mərhələsindəki rəqibi “Ferensvaroş” tamamlayır. Macarıstan
təmsilçisi 4 görüşdə 9 qolla yadda qalıb.
İlk “onluq”da, həmçinin Danimarkanın “Kopenhagen” (4 oyun, 8
qol), Qazaxıstanın “Kayrat” (6 oyun, 7 qol), Slovakiyanın “Slovan”
və Şotlandiyanın “Reyncers” (hər ikisi 4 oyun, 7 qol) kollektivləri
yer alır.
Xatırladaq ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali
Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən
6:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb.

