
Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə
qazanacağı təqdirdə əldə edəcəyi gəlir bəlli olub.
Trend xəbər
verir ki, Ağdam təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş”
klubunu mübarizədən kənarlaşdırsa, Liqa mərhələsində çıxış edəcək
və buna görə 18,6 milyon avro qazanacaq.
Azərbaycan çempionu pley-off mərhələsinə adladığı üçün artıq 4,3
milyon avronu təmin edib. Bu isə o deməkdir ki, Liqa mərhələsinə
vəsiqə “Qarabağ”a ümumilikdə 22,9 milyon avro qazandıracaq.
Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”la ilk görüşünü avqustun
19-da səfərdə, cavab matçını isə 27-də Tofiq Bəhramov adına
Respublika Stadionunda keçirəcək.