Azərbaycanı dünya çempionatında 15 cüdoçu təmsil edəcək

İdman

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında
keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan
cüdoçuları bəlli olub.

Cüdo Federasiyasından Trend-ə bildirilib ki, ölkəmiz yarışda 10 çəki
dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil
olunacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə
aparacaq.

Qızlar arasında Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi
44 kiloqram), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48
kiloqram), Aysun Məmmədova (52 kiloqram), Səmayə Yusifli (57
kiloqram) və Məsumə Məmmədli (70 kiloqram) qüvvəsini sınayacaq.




Oğlanlardan isə Anar Quliyev, Rza Xəlilli (hər ikisi 50
kiloqram), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55
kiloqram), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kiloqram),
Məhəmməd Ağakişiyev (73 kiloqram) və Sübhan Axundov (90 kiloqram)
güclərini yoxlayacaqlar.

Amin Mehdiyev (81 kiloqram) komanda yarışında iştirak
edəcək.

Qeyd edək ki, avqustun 27-31-də təşkil olunacaq dünya
çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə
aparacaq.