“Kəpəz”dən növbəti transfer

İdman

Bakı. Trend:

Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu
heyətinə cəlb edib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə
keçib. 22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.




Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun
formasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündə
Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

Qeyd edək ki, “Kəpəz” daha öncə Şakir Seyidov (son klubu “Sabah”), Pedro Qomes (son klubu “Boavişta”, Portuqaliya), Adama
Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu “Dinamo”, Gürcüstan), Kaçper Rosa (son klubu “Motor”, Polşa), Fərid
Nəbiyev (son klubu “Səbail”), Olavale Onanuqa (son klubu “Bnei
Yehuda”, İsrail), Vitor Feijaonu (son klubu “Sentral Kost
Mariners”, Avstraliya) transfer edib.