
Bakı. Trend:
“Turan Tovuz” futbolçu Alexandro Serranonu yenidən komandaya
qaytarıb.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni razılaşmaya əsasən ispaniyalı yarımmüdafiəçi 2026/2027-ci
illər mövsümünün sonunadək tovuzluların şərəfini qoruyacaq.
Qeyd edək ki, Alexandro Serrano “Turan Tovuz”un heyətində
Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub. Onun bu yayın
əvvəlində müqavilə müddəti bitdiyinə görə komandadan ayrılığı
bildirilmişdi.

