
Bakı. Trend:
Bu yay “Neftçi”dən ayrılan Rafael Quzzonun yeni klubu
müəyyənləşib.
Trend xəbər
verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam
etdirəcək.
Quzzo “Maritimu” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti
məlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik
müqavilə imzalayıb.
Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə “Neftçi”nin
formasını geyinib. Bu ilin iyun ayında “Neftçi” Quzzo ilə
müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

