“Karvan” yeni transferini rəsmən açıqladı

İdman

Bakı. Trend:

“Karvan” növbəti transferini həyata keçirib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Fransalı müdafiəçi İmani Barker ilə 1 illik müqavilə imzalanıb.
Barker mövsümün sonunadək icarə əsasında Yevlax təmsilçisində çıxış
edəcək.

Qeyd edək ki, “Karvan” daha öncə Eltun Turabov, Süleyman
Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi
Thompson, Olavale Doen, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel
Durrant, Vüsal Məsimov, Moise Ngwisani, Shaquill Sno, Uğur
Cahangirov, Vitor Rocha, Səid İranxan, Joy Slayd Mikels, Pedro
Mateusu transfer edib.