
Bakı. Trend:
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”
və Bolqarıstanın “Levski” komandaları arasında keçiriləcək cavab
oyunu üçün start heyətləri açıqlanıb.
Trend UEFA-nın
rəsmi saytına istinadən xəbər verir ki, komandalar saat 20:00-da
Masazırdakı “Bank Respublika Arena”da start götürəcək matçda
meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Sabah”: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv
Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22.
Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol
Safranko (k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dombrauskas
“Levski”: 92. Svetoslav Vutsov, 21. Aldair Neveş, 50. Kristian
Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17.
Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 77. Borislav
Rupanov, 99. Radoslav Kirilov
Baş məşqçi: Xulio Velaskes
Qeyd edək ki, komandalar arasında ilk oyun “Levski”nin minimal
hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi pley-off
mərhələsində “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn)
duelinin güclüsü ilə qarşılaşacaq.

