“Sabah” Konfrans Liqasında mübarizəni dayandırıb

İdman

Bakı. Trend:

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III
təsnifat mərhələsində cavab oyununa çıxıb.

Trend xəbər verir ki, Bakı
klubu “Bank Respublika Arena”da Bolqarıstanın “Levski” kollektivini
qəbul edib.

Rəqib ilk görüşdə olduğu kimi, cavab matçında da qalib gəlib
(2:0) və adını pley-off mərhələsinə yazdırıb.




Qolları Radoslav Kirilov və Mazir Soula vurublar.

İlk oyunda Sofiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Qarşılaşmanı ukraynalı baş hakim Mikola Balakin idarə edib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir