“Araz-Naxçıvan” Kiprdə məğlub olaraq avrokubokla vidalaşıb

İdman

Bakı. Trend:

“Araz-Naxçıvan” UEFA Avropa Konfrans Liqasında bu gün cavab
oyununa çıxıb.

Trend xəbər verir ki, Elmar
Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Omoniya”nın qonağı olub. İlk
görüşdə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz cavab
qarşılaşmasında da 0:5 hesablı məğlub olaraq turnirdə mübarizəni
dayandırmalı olub.

Qeyd edək ki, “Omoniya” pley-off mərhələsində PAOK (Yunanıstan)
– “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.




UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab
oyunu

21:00 “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)
5:0 (İkinci hissə)

Qollar: Villi Semedo, 9, Stefan Yovetiç, 26,
Evandro, 30, 45+4, M.Musailaovski,79
İlk oyun: 4:0

Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq