Konfrans Liqası: “Omoniya” “Araz-Naxçıvan”ı darmadağın etdi

İdman

Bu gün Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində növbəti matçına çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Elmar Baxşıyevin yetirmələri səfərdə “Omoniya”nın qonağı olublar.

Görüş “Nikosiya Stadionu”nda baş tutub. Meydan sahibləri 5 qol vuraraq, böyükhesablı qələbə qazanıb. Bununla da, təmsilçimiz avrokuboklarda mübarizəni dayandırıb.




Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Kipr təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir