Azərbaycan gimnastları Dünya Oyunlarında 3 gümüş medal qazanıb (FOTO)

İdman

Bakı.Trend:

7–17 avqust tarixlərində Çinin Çendu şəhərində keçirilən Dünya
Oyunlarında tamblinq, akrobatika və aerobika gimnastikası üzrə
təmsilçilərimiz uğurla çıxış ediblər.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat
yayıb.

Akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev və
Daniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplayaraq
gümüş medal qazanıblar.




Tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətə
imza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlü
salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal
toplayıb və gümüş medala layiq görülüb.

Aerobika gimnastikası üzrə Dünya çempionları, qarışıq cütlük
Mədinə Mustafayeva və Vladimir Dolmatov da 19.750 xalla gümüş
medalın sahibi olublar.