
Bakı. Trend:
Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev
UEFA-dan yeni təyinat alıblar.
Trend xəbər
verir ki, hər iki hakim Konfrans Liqasının oyunlarını idarə
edəcək.
Ə.Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın “Polesye”
və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək ilk
matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək
edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə
yetirəcək.
E.Məsiyev isə Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava”
komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad
Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid
Hacıyev olacaq.
Qeyd edək ki, hər iki qarşlaşma avqustun 21-də keçiriləcək.