
Bakı. Trend:
“Şamaxı” növbəti transferini rəsmiləşdirib.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi futbolçu Antonio Laranı heyətinə qatıb. 26
yaşlı braziliyalı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə
imzalanıb.
Qeyd edək ki, “Şamaxı” daha öncə Emil Süleymanov (“Qəbələ”,
icarə), Oruc Məmmədov (“Səbail”), Həbib İsmayılov (“Neftçi”), Diogo
Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son
klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”,
Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”,
Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya),
Bilal İsmayılov (son klubu “Cəbrayıl”), Ravil Qafarov (“Sabah”),
Abdullahi Şuaybu (“Qəbələ”), Səlim Həşimov (“Zirə”dən icarəyə
götürülüb), Sənan Muradlını (“Sumqayıt” akademiyası) heyətinə
qatıb.

