“Liverpul” 18 yaşlı müdafiəçini transfer edib

İdman

Bakı. Trend:

İngiltərənin “Liverpul” futbol klubu Covanni Leoni transferini
rəsmiləşdirib.

Trend-in
məlumatına görə, bu keçid üçün “Parma” klubuna 35 milyon avro
ödənilib.




Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayına
qədər müqavilə imzalayıb. Leoni “qırmızılar”da 15 nömrəli formanı
geyinəcək. Gənc istedadla “İnter”, “Milan”, “Mançester Yunayted” və
“Nyukasl” da maraqlanırdı.

Xatırladaq ki, Covanni ötən mövsümdə A Seriyasında keçirdiyi 17
oyunda bir qol vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir