Azərbaycanlı hakimlər Konfrans Liqasında pley-off oyunlarına təyinat aldılar

İdman

Bakı. Trend:

Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA
tərəfindən yeni təyinat alıblar.

Trend-in
məlumatına görə, hər iki hakim Konfrans Liqasının pley-off
mərhələsində oyunlara rəhbərlik edəcək.

Əliyar Ağayev Slovakiyada baş tutacaq “Polesye” (Ukrayna) –
“Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal
Zeynalov və Akif Əmirli kömək edəcək, dördüncü hakim isə Kamal
Umudlu olacaq.




Elçin Məsiyev isə Sloveniyada keçiriləcək “Selye” – “Banik
Ostrava” (Çexiya) qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri
Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid
Hacıyev olacaq.

Hər iki oyun avqustun 21-də oynanılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir