
Bakı. Trend:
Türkiyə Superliqasının 2-ci turuna start verilib.
Trend-in
məlumatına görə, “Qalatasaray” doğma meydanda “Karagümrük”lə
qarşılaşıb.
Okan Burukun rəhbərlik etdiyi kollektiv rəqibini 3:0 hesabı ilə
məğlub edib. Görüş, uzun fasilədən sonra zədəsini bərpa edərək
meydana qayıdan Mauro İkardinin vurduğu qolla da yadda qalıb.