“İmişli” “Turan Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı

İdman

Bakı. Trend:

Premyer Liqada 2025/2026 mövsümünün ilk turu davam edir.

Trend xəbər
verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında “İmişli” Şamaxıda “Turan Tovuz”u qəbul
edəcək. Qarşılaşmanın start fiti 17:00-da səslənəcək.

Digər qarşılaşmada isə “Neftçi” doğma divarlar arasında
“Şamaxı”nı sınağa çəkəcək. Bu qarşılaşmaya isə 20:00-da start
veriləcək.

Premyer Liqa

1-ci dövrə, 1-ci tur

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid
Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu




20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov,
Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Neftçi Arena”

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz”

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

15 avqust (cümə)

“Karvan” – “Qəbələ” – 1:1

Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə
salınıb.