
Bakı. Trend:
Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi
voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriya yığması
ilə qarşılaşacaq.
Trend
xəbər verir ki, Bakıda GİN-in Voleybol Mərkəzində keçiriləcək oyun
saat 18:00-da başlayacaq. Görüşü serbiyalı Stanislava Simic və
türkiyəli Seçkin Yener idarə edəcəklər.
Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda
mübarizə aparan komandamız digər 3 qarşılaşmada məğlub olub.
Yarışın formatına uyğun olaraq qrup qalibləri və ən yaxşı nəticə
ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ
qazanacaq.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
16 avqust 2025 (Azərbaycan)
18:00. Azərbaycan – Avstriya
Ünvan: GİN-in Voleybol Mərkəzi
Keçirilmiş oyunların nəticələri
13 avqust 2025 (Belçika)
Belçika – Azərbaycan (25:13, 25:9, 25:13)
17 avqust 2024 (Avstriya)
Avstriya – Azərbaycan 3:0 (25:16, 25:23, 25:14)
24 avqust 2024 (Azərbaycan)
Azərbaycan – Belçika 0:3 (17:25, 12:25, 19:25)