
Bakı.Trend:
“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah növnəti uğura
imza atıb.
Trend xəbər
verir ki, 33 yaşlı vinger Premyer Liqada ən çox qol vuran 4-cü
futbolçu olub.
Salah mövsümün ilk turunun “Bornmut”la matçında (4:2) fərqlənib.
Ulduz futbolçu İngiltərə çempionatında vurduğu qolların sayını
187-yə yüksəldib.
Təcrübəlli oyunçu İngiltərə çempionatının ən məhsuldar
oyunçuları siyahısında 4-cü pilləyə qalxıb. Salah Endi Kola
çatıb.
Qeyd edilib ki, Premyer Liqa tarixinin bombardiri 260 qolla Alan
Şirerdir. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü
yerdədir.