
Bakı. Trend:
“Bayer”in müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Çelsi”
ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə
mətbuatı məlumat yayıb
London klubu İnkapyeni dizindən zədə alan Levi Kolvillin əvəzinə
düşünür. “Çelsi” 23 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avroluq
təklif göndərəcək.
Qeyd edək ki, “Bayer” Pyero İnkapyeni 2021-ci ilin yayında
Argentinanın “Talyeres” klubundan transfer edib. Ekvador millisinin
üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı
45 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.