Həmzət Çimayev orta çəkidə UFC çempionu oldu

İdman

Bakı. Trend:

Çeçen əsilli və hazırda BƏƏ-ni təmsil edən Həmzət Çimayev UFC
turnirinin orta çəki dərəcəsində titul döyüşündə cənubi afrikalı
Drikus du Plessisi məğlub edib.

Trend-in
məlumatına görə, UFC 319 turniri ABŞ-nin Çikaqo şəhərində
keçirilib.




Döyüşçü hakimlərin yekdil qərar ilə qalib gəlib.

H. Çimayevin qarışıq döyüşlərdə (MMA) 15 qələbəsi var,
məğlubiyyəti yoxdur.