
Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında daha bir oyun keçiriləcək.
Trend-in
məlumatına görə, günün yeganə matçında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
Görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl təşkil olunan matçlarında
“Turan-Tovuz” “İmişli”ni (1:0) məğlub edib. “Karvan-Yevlax” – “Qəbələ” oyununda qalib müəyyənləşməyib – 1:1. Eyni hesab “Neftçi”
– “Şamaxı” görüşündə da qeydə alınıb.