“Neftçi” “Şamaxı” ilə heç-heçə edib – Misli Premyer Liqası

İdman

Bakı. Trend:

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz
başlayıb.

Trend-in
məlumatına görə, “ağ-qaralar” Misli Premyer Liqasının 2025/2026-cı
illər mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.




Bakı klubu 2023/2024-cü illər mövsümündə səfərdə “Kəpəz”, ötən
çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana
bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin
Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt
təmsilçisi bunadək bir dəfə – 2007/2008 və 2008/2009-cu illər
mövsümlərində ardıcıl startda xal itirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir