İki güləşçimiz DÇ-də bürünc medal üçün güləşəcək

İdman

Bakı. Trend:

Bu gün Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına
start verilib.

Bu barədə Trend
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat
verilib.

İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da
finalçılar müəyyənləşib.

Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən
kənarlaşdırıb – 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlı
Zalkarbek Tabaldiyevə göstərib – 5:2. Güləşçimiz çinli Tao Veini
isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan
finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub
– 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək.




Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir
şans tanımayıb – 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa
çempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.

Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə tam
üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab
Dadayevlə bacarmayıb – 2:12.

Yusif Dursunov (125 kq) startda çinli Ruljie Lini “tuş”la
yolundan kənarlaşdırıb. Həmyerlimiz gürcüstanlı Aleksandre
Abramişvilidən də güclü olub – 5:0. Yusif yarımfinalda iranlı
Abolfazl Nejadla güləşib. Görüşdə güləşçilər fənd işlətməyib. Rəqib
sonuncu xal prinsipinə əsasən (1:1) finala yüksəlib. Dursunov sabah
üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir