Dünya çempionatı üçün yeni format nəzərdən keçirilir

İdman

Bakı. Trend:

FIFA rəhbərliyi klublararası dünya çempionatının formatını
yenidən dəyişmək imkanını nəzərdən keçirir.

Trend xəbər
verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat
yayıb.

Mənbənin məlumatına görə, FIFA 2029-cu ildən başlayaraq yarışın
iki ildən bir keçirilməsini və iştirakçıların sayını 32-dən 48
komandaya artırmağı düşünür. Yarışa bir ölkədən 2-dən çox klubun
qatılmasına icazə verilməsi də müzakirə olunur.




Bildirilib ki, beynəlxalq təqvim onsuz da yükləndiyi üçün iyun
ayında milli komandaların yoxlama oyunlarının
ləğvi ideyası var. Konkret olaraq UEFA-dan Millətlər Liqasının
təqviminə düzəliş etmək tələb olunacaq.

Xatırladaq ki, 2025-ci ilin yayında ABŞ-də 32 komandanın
iştirakı ilə yeni formatda keçirilən çempionatın qalibi PSJ-yə
qalib gələn (3:0) “Çelsi” olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir