Azərbaycannın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

İdman

Bakı. Trend:

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına
hazırlığı Gürcüstanda davam etdirəcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığma təlim-məşq
toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə
yollanacaq.

Heyətdə Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55
kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65
kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75
kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85
kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayev
(+90 kiloqram) yer alıblar. Komanda Qoridə, əsasən, texniki-taktiki
hazırlığa diqqət ayıracaq.




Toplanış avqustun 29-da yekunlaşacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin
Liverpul şəhərində keçiriləcək.