
Bakı. Trend:
Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku
keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın
üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kiloqram
çəki dərəcəsində çıxış edən cüdoçu bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən
artıq idmançı mübarizə aparıb.