Braziliya millisinin sabiq futbolçusu “Turan Tovuz”a keçib

İdman

Bakı. Trend:

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan
Enrike Silva “Turan Tovuz”a keçib.

Klubdan Trend
verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə
imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna
çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi
“Lion”un formasını geyinib.




Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə
Braziliyanın U-20 milli komandasının üzvü olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir