
Bakı. Trend:
Misli Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən
“Sumqayıt” – “Kəpəz” qarşılaşması “gənclik şəhəri” təmsilçisinin
futbolçusu Kənan Feyziyev üçün əlamətdar olub.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sumqayıt”ın yetirməsi olan Feyziyev Premyer Liqada debüt
edib.
O, 18 yaş 234 günlüyündə meydana çıxıb.