“Mançester Yunayted”in hücumçusu “Napoli”nin hədəfində

İdman

Bakı. Trend:

“Napoli”nin hücumçusu Romelu Lukaku zədə səbəbindən 3 ay yaşıl
meydanlardan uzaq qalacaq.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, İtaliya çempionu heyətinə yeni forvard
cəlb etməyi planlaşdırır.




“Napoli”nin əsas hədəfi “Mançester Yunayted”də çıxış edən Coşua
Zirkzedir.

Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte niderlandlı
futbolçunu komandasında görmək istəyir.