“Qarabağ” “Ferensvaroş”a qarşı

İdman

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin
oyunlarına start veriləcək.

Trend xəbər
verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağı
olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də
Bakıda olacaq.

UEFA Çempionlar Liqası




Pley-off, ilk oyun

19 avqust

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş,
Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra
(Portuqaliya)

Budapeşt, “Groupama Arena”.