“Zirə” “Araz-Naxçıvan”a qarşı

İdman

Bakı. Trend:

Premyer Liqada 2025/26 mövsümünün ilk turu davam edir.

Trend xəbər
verir ki, bu gün turun daha bir matçı keçiriləcək. “Zirə” öz
meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.

Ötən mövsümün gümüş və bürünc medalçılarının qarşıdurması
20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

Premyer Liqa

1-ci dövrə, 1-ci tur

19 avqust (çərşənbə axşamı)




20:00. “Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin
Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Zirə İdman Kompleksinin stadionu