Albaniya klubu azərbaycanlı qapıçı ilə müqavilə imzaladı (FOTO)

İdman

Bakı.Trend:

Albaniya klubu azərbaycanlı qapıçı ilə müqavilə imzalayıb.

Trend xəbər
verir ki, Elməddin Məmmədov Albaniya klubuna keçib.

Ötən mövsümü “Mingəçevir”də keçirmiş qolkiper “Luftetari
Gjikastra” klubu ilə 1 illik müqavilə imzalayıb.




O, 1-ci liqa klubunun düşərgəsinə qoşulub.

Məmmədov karyerası ərzində 29 yaşlı qapıçı karyerası ərzində
“Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports
Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St.
Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina)
klublarında oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir