
Bakı. Trend:
“Vilyarreal” “Çelsi”nin müdafiəçisi Renato Veyqanı transfer
etmək istəyir.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
La Liqa təmsilçisi portuqaliyalı futbolçu ilə şəxsi müqavilənin
şərtlərini razılaşdırıb.
London klubu 22 yaşlı mərkəz müdafiəçisi üçün 35 milyon avro
təzminat tələb edir. Klublar arasında danışıqlar davam edir.