
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda daha bir qol vurulub.
Modern.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb – 3:1.
85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.
***
00:25
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda üçüncü qol vurulub.
Modern.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.
67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.
***
00:08
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”la “Qarabağ” arasında keçirilən oyunda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, görüşün 50-ci dəqiqəsində Marko Yankoviç rəqibi cəzalandırıb.
***
23:34
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”la “Qarabağ” arasında keçirilən ilk oyunda hesab açılıb.
Modern.az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Barnabaş Varqa fərqlənib.
***
23:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” matçı start götürüb.
Modern.az xəbər verir ki, qarşılaşması “Qroupama Arena” stadionunda keçirilir.
Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.