Premyer Liqada ötən mövsümün ən yaxşı oyunçusu bəlli oldu

İdman

Bakı. Trend:

Məhəmməd Salah Premyer Liqanın mövsümün ən yaxşı futbolçusu
seçilib.

Trend xəbər verir ki,
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası 2024/25 mövsümündə həm
ən yaxşı bombardir, həm də ən yaxşı assistent olan futbolçunu ilin
oyunçusu adlandırıb.




“Liverpul”un vingeri ötən mövsüm çempionatda 38 oyun keçirib, 29
qol vurub və 18 qol ötürməsi edib. Onun ətraflı statistikasına
buradan baxmaq olar.

Qeyd edək ki, Salah bu mükafatı üç dəfə qazanan ilk futbolçu
olub.